BAYRAQDAR MEDİA – Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 3-cü Ordu Korpusunun Komandir müavini, Qərargah rəisi (2017–2020), şəhid Polad Həşimovun şəxsi əşyaları (hərbi kəməri, üzərində “Azərbaycan Ordusu 100 il” yazılmış qələmi, təsbehi və əlyazmaları) onun həyat yoldaşı Ofelya Salmanova tərəfindən MATM-nə təqdim edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Milli Azərbaycan Tarixi Muzeyindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “muzeyin yeni qurulan ekspozisiyasında P.Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb. Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək”.