BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan nəşrlərdən biri də türkoloq, filologiya elmləri doktoru, Prof. Kamil Vəli Nərimanoğlunun müəllifi olduğu “Özümüz, sözümüz” kitabıdır.
Kitabda müəllif qeyd edir: “Bu kitabın adını “Özümüz, sözümüz” qoyduq. Özümüz, yəni biz türklər, Azərbaycan türkləri, bizim tariximiz, mədəniyyətimiz; sözümüz, yəni ana dilimiz, sözdə təcəssüm olunan mənəvi sərvətimiz. İlkin Söz olub, insanın kəşf etdiyi dünyanın da Söz şəkli gəlir. Söz yazıdır, yazıya pozu yoxdur. Biz sizlərə özümüzdən və sözümüzdən söhbət açırıq. Tanrı özümüzü – sözümüzü qorusun!”.
Nəşrdə “Mifdən gerçəyə”, “Yurd sevgimiz”, “Dünyanın sənət ölçüsü”, “Yuxu dünyası”, “Dilimizin ustaları”, “Ortaq türk mədəniyyəti” kimi başlıqlarda yazılar verilib.
Qeyd edək ki, kitabın redaktorları filologiya elmləri doktoru, Prof. Məhərrəm Qasımlı və psixologiya elmləri namizədi Vaqif Hüseynovdur.