Press "Enter" to skip to content

Jurnalistlər üçün pulsuz göz müayinəsi aksiyası keçiriləcək

Son yeniləmə: 13 İyul 2023 09:40

BAYRAQDAR MEDİA – İyulun 21-də saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasında Şuranın və “Dünyagöz” klinikasının təşəbbüsü ilə jurnalistlərin pulsuz göz müayinəsi keçiriləcəkdir. Azərbaycan milli mətbuatının 148 illiyi ilə bağlı təşkil olunacaq aksiyada hər bir media təmsilçisi iştirak edə bilər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, aksiyada iştirak etmək istəyənlər bununla əlaqədar müraciətlərini 13 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək Mətbuat Şurasının 012 541 59 49 şəhər və 050 6027178 mobil nömrələrinə, həmçinin yazılı qaydada Şuranın info@presscouncil.az elektron ünvanına bildirə bilərlər: “Müayinə üçün gələn media təmsilçiləri şəxsiyyət və iş vəsiqələrini, fərdi qaydada jurnalist fəaliyyəti göstərən şəxslər isə bunu təsdiqləyən sənədi (xidmət göstərdiyi media orqanı ilə bağladığı müqaviləni, yaxud onun surətini) təqdim etməlidirlər. Müayinənin cavabları “Dünyagöz” tərəfindən yerində, yaxud müvafiq tibbi prosedurlar yerinə yetirildikdən sonra fərdi qaydada çatdırılacaqdır. Müayinənin xüsusiyyətləri ilə bağlı əlavə məlumat almaq istəyənlər “Dünyagöz” klinikasının 012 404 44 69 şəhər telefonuna və info@dunyagoz.az elektron ünvanına müraciət edə bilərlər”.

Mission News Theme by Compete Themes.