Son yeniləmə: 13 İyul 2023 18:29
BAYRAQDAR MEDİA – Avropa Parlamentinin deputatı İlhan Küçük, Şengen zonasına qoşulma ilə bağlı müzakirələr zamanı sərt etiraz edib.
Radio Bolqarıstanın məlumatına görə, o, ““Biz Bolqarıstan və Rumıniyaya qapıları bağlaya bilmərik! Mən bu vətəndaşlara damğa vurmaq istəmirəm, onları başqalarından – almanlardan, fransızlardan, avstriyalılardan, hollandlardan az vətəndaş saymaq olmaz!” deyib.
Deputat Avropa Şurasını iki ölkəni, Bolqarıstan və Rumıniyanı Şengen yolunda əngəllədiyinə görə tənqid edib.
Avropa üçün Liberallar və Demokratlar Alyansının (ALDE) lideri olan İ.Küçük daha sonra deyib: “Bu ədalətli deyil! Və heç kim onu dəstəkləməməlidir! Avropa Parlamenti və Avropa Komissiyasının dəstəyinə sahib olmaq sevindiricidir, lakin Avropa Şurasının siyasi yetkinlik nümayiş etdirməsi və nəhayət, Bolqarıstan və Rumıniyanın qarşısında ən böyük maneə olan iki ölkəyə yaşıl işıq yandırmasının vaxtı çatıb. Şengenə qoşulma!”