Press "Enter" to skip to content

6 ayı ərzində iyirmi doqquz minə yaxın zəng

Son yeniləmə: 13 İyul 2023 14:23

BAYRAQDAR MEDİAAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə cari ilin 6 ayı ərzində 2873 zəng daxil olub.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, zəng edən vətəndaşların 1017-nin müraciəti yerindəcə, 1605 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 201 müraciət isə digər qurumlara yönləndirilib: “Bundan başqa, bölgələrdə leysan xarakterli yağıntılar və güclü külək zamanı yollarda baş vermiş problemlərlə bağlı 50 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində həmin yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub. Vətəndaş məmnunluğunun təmin olunması və insanları narahat edən problemlərin qısa müddət ərzində araşdırılaraq cavablandırılması məqsədilə Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən agentlikdə “Çağrı Mərkəzi” (0125997975) yenidən təşkil edilib, iş fəaliyyəti sistemi qurulub və müasir avadanlıqlarla təchiz edilib. “Çağrı Mərkəzi”nin yenidən təşkili aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində agentlikdə görülən işlərin tərkib hissəsidir”.

Mission News Theme by Compete Themes.