BAYRAQDAR MEDİA – İyulun 12-də Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib.
Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, N.Kurtulmuş Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın salamlarını İ.Əliyevə çatdırıb. O da öz növbəsində salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını R.T.Erdoğana çatdırmağı xahiş edib.
O da bildirilir ki, İ.Əliyev Türkiyədə keçirilmiş prezident və parlament seçkilərində qələbə münasibətilə təbriklərini təkrar ifadə edib.
“Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. Numan Kurtulmuşun səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyi qeyd olundu. Söhbət zamanı Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsinin, bu təşkilat və TÜRKPA formatında əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulandı”, – deyə xəbərdə bildirilir.