Press "Enter" to skip to content

Son 6 ayda DSMF-nin xərcləri 16 faiz artıb

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 12 İyul 2023 14:45

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 6 ayında proqnozla müqayisədə 6 faiz və ya 197 mln. manat çox olmaqla 3 mlrd. 271 mln. manat təşkil edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 12-də nazirlikdən bildirilib.

Qeyd edilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyun aylarında proqnoza nisbətən 8 faiz və ya 198 mln. manat artaraq 2 mlrd. 531 mln. manat olub: “Son 6 ayda DSMF-nin xərcləri 3 mlrd. 9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 418 mln. manat çoxdur”.

Mission News Theme by Compete Themes.