Press "Enter" to skip to content

Şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına yüksək diqqət

Son yeniləmə: 12 İyul 2023 16:07

BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” QSC korporativ sosial məsuliyyət çərçivəsində sosial cəhətdən həssas qruplardan olan şəxslərin potensialının artırılması və onların əmək bazarında rəqabətə davamlılığının təmin edilməsi üçün müvafiq addımlar atır.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 12-də qurumdan məlumat verilib.

Bildirilib ki, “o cümlədən, şəhid dəmiryolçu ailələrinin, həmçinin ailə üzvü şəhid olmuş əməkdaşların sosial problemlərinin həlli, işlə təmin olunması və təhsil sahəsindəki ehtiyaclarının qarşılanması istiqamətində davamlı olaraq işlər görülməkdədir. Bu günlərdə ADY-nin Gəncə şəhərindən olan şəhid əməkdaşı Asif Qocayevin məktəbli övladları Məryəm və Xədicə Qocayevaların tədris ilini uğurla başa vurmaları, həmçinin Uşaq Musiqi Məktəbində təhsillərini davam etdirmələri xüsusi sevinclə qarşılanır. Şəhid və qazi övladlarının yay tətilinin səmərəli keçirilməsi üçün Dəmiryolçuların Nabran qəsəbəsində yerləşən “Lokomotiv’’ İstirahət Mərkəzində onlara lazımi şərait yaradılmışdır”.

Qeyd edək ki, ADY əməkdaşlarından I Qarabağ müharibəsində 79, II Qarabağ müharibəsində isə 4 nəfər şəhid olmuşdur. ADY-nin müxtəlif strukturlarında ümumilikdə 792 nəfər Qarabağ müharibəsi iştirakçısı çalışır, bunlardan 526 nəfər I Qarabağ, 266 nəfər isə II Qarabağ müharibəsinin iştirakçılarıdır: “Hazırda ADY tərəfindən Vətən müharibəsi şəhidlərinin azyaşlı övladlarını himayə edən şəxslərə aylıq əsaslarla maddi yardım göstərilir, ali təhsil alan şəhid övladlarına isə təhsillərini başa vuranədək müavinət ödənilir. Qazi əməkdaşların karyera inkişafı, bilik və səriştələrinin artırılması, yeni peşələrin qazanılması istiqamətində peşəkar mentorların iştirakı ilə vaxtaşırı təlim sessiyaları təşkil olunur. Xatırladaq ki, dəmiryolçu olmayan daha 53 şəhid ailəsinin üzvü ADY-də işlə təmin olunub”.

Mission News Theme by Compete Themes.