Press "Enter" to skip to content

Quzey Makedoniyada türkcə təhsilə maraq

Quzey Makedoniya

Son yeniləmə: 12 İyul 2023 17:40

BAYRAQDAR MEDİA – Quzey Makedoniyada ölkə üzrə müxtəlif sahələr üzrə liseylərdə qeydiyyat başa çatıb.

Yeni Balkan xəbər verir ki, hər iki qeydiyyat dövründə türkcə təhsil verilən liseylərə maraq böyük olub.
Quzey Makedoniyanın Təhsil və Elm Nazirliyi Bəzi orta məktəblərdən əldə edilən məlumatlara uyğun olaraq aşağıdakı statistikanı açıqlayıb.

Beləliklə, Skopye “Tsvetan Dimov” liseyində tibb bacısı şöbəsi üzrə 12, İqtisadiyyat texniki şöbəsi üzrə 7, Skopye “Dimitar Vlahov” liseyinin bərbər şöbəsi üzrə 5, Kırçova “Mirko Mileski” liseyi üzrə 6, dördillik iqtisad texnikumunda 11, üçillik təhsildə 8, kompüter və avtomatlaşdırma texnologiyaları bölümündə 12, Usturdakı “Dr. İbrahim Temo” liseyində 14, və Kalkandelendəki “Nikola Şteyn” Tibb Liseyində 10 şagird türkcə təhsil üzrə qeydiyyatndan keçib.

O da vurğulanıb ki, Radoviş “Kosta Susinvo” liseyində 38, Mərkəz Jupa “ATA” liseyində isə 10 şagird qeydiyyatdan keçdiyi halda, üçüncü imtahan üzrə də liseylərdə türkcə təhsil almaq istəyən şagirdlər var.

Mission News Theme by Compete Themes.