Son yeniləmə: 12 İyul 2023 16:30
Samiral Usubova: Aşıq Ələsgər yaradıcılığına marağı ilə tanınan gənc müğənni Azərbaycanda klip çəkdirəcək
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin gənc və Azərbaycana xüsusi sevgisi ilə fərqlənən müğənnisi Özcan Demir Bakıya səfərə hazırlaşır.
Bu barədə BAYRAQDAR MEDİA-ya qardaş ölkədə fəaliyyət göstərən USUBOĞLU GROUP-un rəhbəri, həmyerlimiz Samiral Usubova məlumat verib.
O, bildirib ki, 20 may 1993-cü ildə Adanada anadan olan Ö.Demir 8 uşaqlı bir ailənin sonbeşiyidir: “Onun musiqi sənəti ilə geniş şəkildə ilk tanışlığı 2015-ci ildə başlayıb. Həmin il tanınmış müğənni Ebru Gündeşin komandasında çalışan Ö.Demir 2020-ci ildə TRT Muzik kanalında “Ben şarkı söylersem” yarışında birinci olub, tanınmış müğənni Alışanla duet oxumuşdur”.
Qeyd olunub ki, Azərbaycana sevgisi ilə tanınan Ö.Demir Aşıq Ələsgər yaradıcılığına xüsusi maraq göstərir: “Ö.Demir Aşıq Ələsgərin “Düşdü” şerinə “Perşembe Gününde (Bir Ala Göz)” adlı klip çəkdirib. Bu klip böyük maraqla qarşılanıb. Onun son mahnısı “Yanmaya doymadım” isə gənclər arasında daha çox sevilən mahnılardan biridir. Hazırda “Beni sev” mahnısının üzərində çalışan Ö.Demir tezliklə bu mahnını da sevənlərinə təqdim edəcək”.