BAYRAQDAR MEDİA – Milli Müdafiə Universitetinin rektoru, general-leytenant, Prof. Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş Türkiyəyə səfər edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “səfər çərçivəsində general-leytenant H.Piriyev Türkiyənin Milli Müdafiə Universitetinin rektoru, Prof. Erhan Afyoncu ilə görüşüb. Milli Müdafiə Universitetinin rektoru xatirə kitabına ürək sözlərini yazıb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb, təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi qeyd olunub. Birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında müzakirələr aparılıb”.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Milli Müdafiə Universitetində və tabeliyindəki təhsil müəssisələrində də olub. Qonaqlara tədris müəssisələrinin yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.