Son yeniləmə: 12 İyul 2023 12:44
BAYRAQDAR MEDİA – Bakıda fəaliyyətə başlayacaq Türkiyənin texnologiya və innovativ həllər təklif edən şirkətləri ilə yerli sahibkarlar arasında “B2B” görüş təşkil ediləcək.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, KOBİA və Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) tərəfdaşlığı, Bilişim Vadisi Bakı və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçiriləcək görüşün əsas məqsədi iki ölkə sahibkarları arasında əməkdaşlığın inkişaf etdirilməsidir: “13 iyul tarixində, saat 14:30-da “Point Hotel Baku”da (Bakı şəhəri, Kazım Kazımzadə küç.,118/560) keçiriləcək görüşdə texnologiya və innovativ həllər təklif edən türk şirkətləri ilə biznes və əməkdaşlıq əlaqələri qurmaq və ortaq layihəyələr icra etmək istəyən yerli sahibkarlar iştirak edə bilərlər. Görüşdə yalnız qeydiyyatdan keçmiş və iştirakı təsdiq edilmiş sahibkarlar iştirak edə bilərlər”.