Press "Enter" to skip to content

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 12-də Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “bundan başqa, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb”.

Mission News Theme by Compete Themes.