Son yeniləmə: 12 İyul 2023 14:03
BAYARQDAR MEDİA – Quzey Makedoniyanın Təhsil və Elm Nazirliyi 2023-2024-cü tədris ilində liseylərdə birinci və ikinci sənəd qəbulu üzrə ümumilikdə 15 min 481 şagirdin qəbul olunduğunu bildirib.
Məlumatı Yeni Balkan yayıb. Qeyd edilib ki, bunlardan 11 min 325-i makedon, 3 min 852-si alban, 298-i türk və 6-sı serb dilində təhsil alacaq.
Məlumata əsasən, 4 min 603 nəfər sadə ümumtəhsil məktəblərində, 10 min 277 nəfər peşə liseylərində, 187 nəfər incəsənət təhsili liseylərində, 414 nəfər isə idman liseylərində qeydiyyatndan keçib.