Son yeniləmə: 11 İyul 2023 11:35
Hasan Öztürk: AB və Batı səmimi olduqlarını sübut etməlidir
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan NATO Liderlər Zirvəsi üçün Litvanın paytaxtı Vilnüsə yola düşməzdən əvvəl Atatürk Hava Limanında açıqlama verib. Açıqlamada o, “50 ildən artıqdır ki, Türkiyəni AB-nin qapısında gözlətmiş ölkələrə səslənirəm: Əvvəlcə gəlin, AB-də Türkiyənin yolunu açın” deyib.
Bu açıqlamadan sonra isə NATO Baş katibi Yens Stoltenberq Türkiyənin AB üzvülyü məsələsinə dəstək ifadə edib. Elə isə İsveçin NATO-ya üzvülyünün aktual və bu məsələnin Türkiyədən birbaşa aslı olduğu bir dönmdə R.T.Erdoğanın məlum açıqlaması nə qədər effektli ola bilər? Rəsmi Ankaranın bu addımını beynəlxalq aləmdə “dəyiş-döyüş” təklifi kimi dəyərləndirmək olarmı?
Qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında bu suallara cavab verib.
H.Öztürk öncə bildirib ki, Türkiyənin Avropa Birliyi macərası ilan hekayəsinə çevrildi: “Çünki Avropa Birliyi açıq şəkildə Türkiyəyə qarşı cəsarətli davranmadı. Türkiyə-Avropa Birliyi münasibətləri, əslində, 2016-cı ildə əmlakın geri qəbulu sazişinin imzalanmasından sonra daha da inkişaf etmiş mərhələyə keçə bilərdi. Amma bu dəfə də Avropa Birliyi Türkiyəyə qarşı vizadan azad olmaq və Avropa Birliyində yeni bazarlar açmaq məsələsində Türkiyəyə təzyiq etdi. Terrorla mübarizə qanununu dəyişdirməsindən sonra isə tərəflər arasında iplər qırıldı”.
Müsahibimiz bildirib ki, İsveçin NATO-ya daxil olması məsələsi fonunda xüsusi olaraq ortaya çıxan terrorla mübarizə çox önəmlidir: “Daha dəqiq desək, Türkiyənin terrorla mübarizəsi və bu məsələdə sərgilədiyi qətiyyətli mövqe, əslində, həm NATO, həm Avropa Birliyi, həm də Qərb üçün vacibdir. Türkiyə 40 ildir mübarizə apardığımız PKK-nın və onun uzantılarının terror təşkilatı kimi qəbul edilməsini, o cümlədən FETÖ-nun terror təşkilatı kimi qəbul ediməsini İsveçdən israrla tələb edir. Lakin İsveç az qala PKK-nın inkubasiya yuvalarından biri kimi fəaliyyət göstərir”.
H.Öztürk vurğulayıb ki, AB-nin Türkiyəyə irəli sürdüyü bəzi təkliflərə cavab olaraq rəsmi Ankara bu dəfə birbaşa AB üçün təklif səsləndiirb: “Türkiyə İsveçdə olduğu kimi, AB daxilində də terrorla mübarizə qanunun dəyişməsini təklif edib. Həmçinin təklif edilib ki, AB daxilində də Türkiyənin terrorçu hesab etdiyi təşkilatlarla mübarizə aparılsın və Türkiyə ilə üzvlüklə bağlı yenidən danışıqlara başlanılsın. Amma mən bunu sizin dediyiniz kimi “dəyiş-döyüş” təklifi kimi qəbul etmirəm. Sadəcə olaraq bizim keçmiş Cümhurbaşqanı Süleyman Demirelin bir sözü vardı: olmayanı gösətərmək. İndi sayın R.T.Erdoğan da istəyir ki, İsveçin NATO-ya üzv olmasında israr edən NATO, AB və Batı səmimi olub-olmadıqlarını ortaya qoysunlar. Baxaq görək Avropa Birliyi və Batı burada nə qədər səmimidir? Biz bunu sınaqdan keçiririk. Yəni, AB və Batı səmimi olduqlarını sübut etməlidir. Lakin qısa müddətdə real nəticənin əldə oluna biləcəyini düşünmürəm”.