Son yeniləmə: 11 İyul 2023 13:57
BAYRAQDAR MEDİA – Krım tatar xalqının milli lideri Mustafa Abdulcəmil Krımoğlu Türkiyəyə səfəri çərçivəsində İraq Türkmən Cəbhəsi Kərkük millət vəkili Ərşad Salihi ilə görüşüb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, Ə.Salihi, M.Krımoğluna xitabən, “Krım üçün nə edə biləcəyimizi düşünürük?” deyib.
O, Krım və Ukraynadakı vəziyyətlə bağlı M.Krımoğlunun qiymətləndirmələrini dinləyib. Öz növbəsində özü də Türkmənelidəki vəziyyət barədə məlumat verib.
Görüş zamanı Ə.Salehi M.Krımoğlunu İraqa dəvət edib.