Press "Enter" to skip to content

Milli Azərbaycan Tarixi Muzeyi və Turizm Bürosu arasında görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – İyulun 11-də Dövlət Turizm Agentliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosunda (ATB) Milli Azərbaycan Tarixi Muzeyi ilə turizm əməkdaşlığı mövzusunda görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyulun 11-də sözügedən Muzeydən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz, tarix üzrə fəlsəfə doktoru, Dos. Məhfuzə Zeynalova, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, Turizm sənayesi sektorunun müdiri Tural İbrahimov, İşgüzar tədbirlər sektorunun müdiri Səmra Quliyeva, Turizm məhsulu sektorunun mütəxəssisi Ülviyyə Səfərova iştirak ediblər. Görüş zamanı muzeyin turizm xətti ilə daha çox ziyarətçi tərəfindən tanıdılması, muzeyin yeni məlumatlarının tez bir zamanda ictimaiyyətə çatdırılması ətrafında danışıqlar aparılıb. Həmçinin mükəmməl, unikal infrastruktura malik olan MATM-də korporativ işgüzar tədbirlərin keçirilməsi və bu sahədə fəaliyyət göstərən tərəfdaşlarla yaxından çalışmaq məqsədilə növbəti görüşlərin keçirilməsi planlaşdırılıb. Bu məqsədlə muzey ilk dəfə olaraq ATB İşgüzar Tədbirlər Sənayesi Alyansına qoşulma imkanı əldə edib”.

Əməkdaşlıq çərçivəsində birgə keçiriləcək layihələr müzakirə olunub və hər iki tərəf müəyyən razılıqlara gəlib.

Mission News Theme by Compete Themes.