Son yeniləmə: 11 İyul 2023 10:59
BAYRAQDAR MEDIA – 2023-cü ilin iyun ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 610 min barrel olub. Bunun 500 min barrelini xam neft, 110 min barrelini isə kondensat təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 11-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.