BAYRAQDAR MEDİA – 2023-cü ilin 6 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” vasitəsilə 2106 zəng qəbul edilib. Daxil olan zənglərin 1880-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 99-utəşəkkür xarakterli, 127-si isə digər məsələlərlə bağlı olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 11-də nazirlikdən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb: “Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. “Çağrı Mərkəzi”nin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilərlər. Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir”.