Press "Enter" to skip to content

Bir daha vahid valyuta haqqında

Millət vəkili Vüqar Bayramov

Son yeniləmə: 11 İyul 2023 14:29

Vüqar Bayramov: Hər bir ölkənin və ya türk dünyasında aparıcı ölkələrin virtual valyuta buraxması, praktik olaraq bu valyutanın daha geniş miqyasda, o cümlədən türk dünyasında işlənməsinə nail olunması mümkün ola bilər

BAYRAQDAR MEDİA – “Türk dövlətlərinin vahid valyutasının yaradılması uzun müddətdir ki, müzakirə mövzusudur. Amma bununla belə hələlik türk dövlətləri arasında inkişaf səviyyələri fərqli olduğuna görə, eyni zamanda bu ölkələr fərqli iqtisadi bloklarda təmsil olunduqlarına görə, vahid valyutanın yaradılması imkanları indiki halda real görünmür”.

Bunu BAYRAQDAR MEDİA-nın “türk dövlətlərinin vahid virtual valyutaya keçməsi nə qədər real görünür” sualın cavablandıran Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bununla belə virtual valyutalar dövriyyəyə buraxılır: “Artıq virtual valyutalar bütövlükdə bazarda öz yerini tapıb. Ona görə də hər halda türk dövlətlərinin vahid virtual valyutası olmasa da, türk dövlətləri tərəfindən də virtual valyutaların dövriyyə buraxılması məqsədəuyğun olardı. Çünki nəticə etıbarı ilə bu praktik olaraq həm türk dövlətlərinin virtual valyuta bazarında rolunun və payının yaranmasına, həm də artmasına gətirib çıxara bilər. Eyni zamanda, növbəti mərhələdə artıq bu vahid, yaxud da ümumi valyuta siyasətinin həyata keçirilməsi baxımından bir baza ola bilər. Ona görə də hələlik vahid valyutanın dövriyyəyə buraxılması üçün iqtisadi əsaslar tam deyil. Lakin hər bir ölkənin və ya türk dünyasında aparıcı ölkələrin virtual valyuta buraxması, həmçinin praktik olaraq bu valyutanın daha geniş miqyasda, o cümlədən türk dünyasında işlənməsinə nail olunması mümkün ola bilər”.

Mission News Theme by Compete Themes.