Press "Enter" to skip to content

Azərbaycan mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – İyulun 10-u saat 17:10-dan 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvanın Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu haqda xəbər BAYARQDAR MEDİA-ya iyulun 11-də Müdafə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini də atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər”.

Azərbaycan bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Mission News Theme by Compete Themes.