Son yeniləmə: 11 İyul 2023 13:58
BAYRAQDAR MEDİA – Qazaxıstan və Özbəkistan arasında sərhəd sazişi iyulun 10-da qüvvəyə minib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata əsasən, Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Aybek Smadiyarov iki ölkə arasında sərhədin demarkasiyası haqqında sazişin qüvvəyə mindiyini açıqlayıb: “A.Smadiyarov xatırladıb ki, sözügedən saziş 2022-ci il dekabrın 2-də iki dövlətin prezidentləri tərəfindən imzalanıb. Daha sonra o, bunun iki ölkənin parlamentləri tərəfindən təsdiqləndiyini bildirib. Həmçinin, A.Smadiyarov “Qüvvəyə minən sazişlə Qazaxıstan və Özbəkistan arasında 19 illik dövlət sərhədinin müəyyən edilməsi prosesi başa çatıb” deyib.
Qeyd edilib ki, Qazaxıstan və Özbəkistanın Birgə Siyahıyaalma Komissiyası 19 il ərzində 100 raund danışıqlar aparıb. 2357 kilometr uzunluğunda olan sərhəd 1301 sərhəd nişanı ilə işarələnib. İmzalanmış sazi səkkiz min səhifəlikdir.