Son yeniləmə: 10 İyul 2023 19:17
BAYRAQDAR MEDİA – Bolqarıstanın Baş naziri Nikolay Denkov müdafiə naziri Todor Taqarevlə aralarında guya Ukraynaya hərbi yardımla bağlı fikir ayrılıqlarının olması xəbərini rədd edib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, Baş nazir Nova TV-yə müsahibəsində deyib: “Bizim istifadə müddəti 2-3 ilə başa çatan sursatlarımız var və onları indi verməsək, o zaman onların məhv edilməsinin əvəzini sonra ödəməli olacağıq”.
“Biz Ukraynaya kömək edirik, çünki bu cəbhənin bizim sərhədlərimizdən mümkün qədər uzaq olması daha yaxşıdır və bu, Bolqarıstanın milli maraqlarıdır”, – deyə Nikolay Denkov əlavə edib.