Press "Enter" to skip to content

Türkiyədən Özbəkistanla bağlı açıqlama

Son yeniləmə: 10 İyul 2023 09:22

BAYRAQDAR MEDİA – 30 aprel referendumunda konstitusiya dəyişikliyinin qəbulundan sonra Özbəkistan xalqı ölkəni 7 il idarə edəcək yeni prezidenti müəyyən edib.

İyulun 9-da keçirilən növbədənkənar seçkilərdə indiki Prezident Şavkat Mirziyoyev yenidən dövlət başçısı seşilib.

Kırım Haber Ajansının məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı yazılı açıqlama yayıb. Nazirliyin açıqlamasında aşağıdakı ifadələr yer alıb: “2023-cü il iyulun 9-da Özbəkistanda keçirilən növbədənkənar Prezident seçkilərinin sülh və əmin-amanlıq şəraitində uğurla keçməsindən məmnunuq. Münasibətlərimizi Hərtərəfli Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltdiyimiz Özbəkistanın sabitliyinə və firavanlığına böyük əhəmiyyət veririk və nəticələrin dost və qardaş özbək xalqı üçün faydalı olacağına ümid edirik”.

Mission News Theme by Compete Themes.