Press "Enter" to skip to content

Qazaxıstana gedəcək əcnəbilər üçün daha bir yenilik

Son yeniləmə: 10 İyul 2023 19:18

BAYRAQDAR MEDİAKazinform xəbər verir ki, gələn il yanvarın 1-dən əcnəbilərə Qazaxıstanda şəxsiyyət vəsiqəsi, pasport, yaşayış icazəsi verilərkən onun sahibinin barmaq izi götürüləcək.

Bu barədə Qazaxıstan Respublikası daxili işlər nazirinin “Qazaxıstan Respublikası vətəndaşının pasportunun, respublika vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunələrinin təsdiq edilməsi haqqında” əmrinə dəyişiklik və əlavələr edilməsi barədə sənəddə deyilir. Bildirilir ki, ən azı 64 KB yaddaş tutumu olan mikrosxemdə şəxsiyyət vəsiqəsinin sahibi haqqında qrafik və mətn məlumatları, o cümlədən onun vətəndaşlığı və hüquqi ünvanı, cinsi, fotoşəkli və imzası, habelə sahibinin barmaq izləri qorunan formada saxlanılır”, – deyə sərəncam layihəsində qeyd olunur.

Həmin sərəncamla təsdiq edilmiş əcnəbi üçün Qazaxıstan Respublikasında yaşamaq icazəsi nümunəsində də belə məlumatlar yer alacaqdır.

Mission News Theme by Compete Themes.