Press "Enter" to skip to content

Kitab tanıtma: “Kərkükdə türk soyqırımları. (1920-2020)”

Kərkükdə türk soyqırımları

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı kitablar arasında Kərküklü (İraq) jurnalist, yazıçı, araşdırmaçı Dr. Şəmsəddin Küzəçinin “Kərkükdə türk soyqırımları. (1920-2020)” kitabı da yer alır.

Kitaba millət vəkili Qənirə Paşayeva yazdığı təqdimat yazısında deyir: “Bu kitab Ş.Küzəçinin qələmə aldığı ən önəmli əsərlərdən biridir. Çünki Küzəçi kitabda İraq Türkmənlərinin son yüz ildə məruz qadlığı soyqırım, qətliam, susdurma siyasətini əks etdirib. 1918-ci ildə Osmanlı İraqdan çəkildikdən sonra İngilislərin etdiyi hiyləgərliklərə də yer verən Küzəçi kitabda sənədlər və şəkillərlə birlikdə İraqda yaşamaq uğrunda mübarizə verən İraq azərbaycanlıların faciəsini bütün dünyaya hayqıraraq göstərir. Ş.Küzeçini əsərlərindən ötrü təbrik edir, Azərbaycan xalqının bu əsərlərə sahib çıxmağını arzu edirik”.

Qeyd edək ki, kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə uyğunlaşdıran Amilya Ömər, redaktoru Aqil Camal və Şəhla Aslandır. Nəşrin çap və üz qabığının dizaynı isə Yunus Küzəçiyə aiddir.

Mission News Theme by Compete Themes.