BAYRAQDAR MEDİA – Azərbaycan xalqının qətliamından bəhs edən “Cıluluq” sənədli filmi çəkilib.
Bu haqda xəbəri TƏBRİZ-TURAN TV Telegram kanalı yayıb.
Xəbərdə bildirilir ki, azərbaycanlı rejissor Rza Siyami “Cıluluq” sənədli filmi haqqında söhbətində deyib ki, “75 dəqiqəlik sənədli film Birinci Dünya Müharibəsi illərində Səlmas, Urmu və Xoy şəhərlərində baş verən hadisələrdən bəhs edir”.
O da bildirilir ki, “film Azərbaycan bölgəsində çoxlu müsəlmanları qətlə yetirmiş assuriyalıların və ermənilərin üsyanını təsvir edir. Filmin ərsəyə gəlməsi üçün İran, Azərbaycan və Türkiyədə 4 illik çöl tədqiqatı və araşdırmaları aparılıb. Həmçinin film 2022-ci ilin yayında Urmu, Səlmas, Xoy və Təbriz bölgələrində çəkilib. Lisenziya alındıqdan sonra film ölkədəki rəqəmsal platformalarda, eləcə də Türkiyənin TRT və Azərbaycanın Az TV kanallarında yayımlanacaq”.