Son yeniləmə: 10 İyul 2023 21:11
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların göstərilməsi” layihəsinin icrasına başlayıb.
İyulun 8-də isə layihə çərçivəsində Şirvan şəhərində vətəndaşların qəbulu keçirilib.
İctimai Birlikdən verilən məlumata görə, qəbulda vətəndaşlara hüquqi yradım göstərilmiş və onları narahat edən problemlər haqqında məsləhət verilmiş vətəndaşlar tərəfindən yerli və mərkəzi içra hakimiyyətinə müraciətlər və məhkəmə orqanlarına iddia ərizələri tərtib olunmuşdur.