Son yeniləmə: 6 İyul 2023 16:17
BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Quzey Makedoniyanın paytaxtı Skopye şəhərinin ən mühüm səhiyyə ocaqlarından biri olan “8 Eylül” Şəhər Xəstəxanasının Endokrinologiya şöbəsinə “Sümük Sıxlığı Ölçmə Cihazı” (dansitometr) bağışlayıb.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, TİKA tərəfindən həyata keçirilən bu sağlamlıq layihəsi çərçivəsində ‘8 Eylül’ xəstəxanasında lent kəsilərək cihazın təhvil verilməsi və Osteoporoz Mərkəzinin açılışı olub.
Açılış mərasimində səhiyyə naziri Fatmir Meciti, TİKA Balkanlar və Doğu Avropa şöbəsinin müdiri Məhəmməd Ünal, TİKA Skopye koordinatoru Halim Ömər Söğüt, Səhiyyə Nazirliyinin müşaviri Yusuf Həsəni, MATTO prezidenti Aydoğan Ademoski və ‘8 Eylül’ Xəstəxanasının baş direktoru Kristian Kostov iştirak edib.
Açılış mərasimində TİKA Skopye Koordinatorluğunun 2005-ci ildən bu yana təxminən 1200 layihə və fəaliyyət həyata keçirdiyini qeyd edən TİKA Balkanlar və Doğu Avropa Departamentinin rəhbəri Məhəmməd Ünal bu layihələrdən 30-nun səhiyyə sektorunda həyata keçirildiyini bildirib.