Press "Enter" to skip to content

“Məhəbbət əfsanəsi” baleti yenidən Bakı səhnəsində

Məhəbbət əfsanəsi

BAYRAQDAR MEDİA – Sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında “Məhəbbət əfsanəsi” baletinin təqdimatı keçiriləcək.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “Dünya klassik musiqisinin şah əsərlərindən biri – görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə yenidən müəllifin vətənində səhnəyə qoyulur. Balet möhtəşəm musiqi, səhnə quruluşu və tərtibatı ilə vəhdət təşkil edərək Milli Musiqi Günündə əsl bayram yaşadacaq”.

Qeyd edək ki, balet saat 19:00-da başlayacaq.

Mission News Theme by Compete Themes.