Press "Enter" to skip to content

İran indi də Qaşqay türklərinin milli geyimlərini qadağan edib

Qaşqay türkləri

Son yeniləmə: 6 İyul 2023 10:13

BAYRAQDAR MEDİA – İran türklərə qarşı genişmiqyaslı assimilyasiya siyasətini davam etdirir. Bu dəfə də Qaşqay türklərinin vətəni Firuzabadda ictimai yerlərdə milli paltar geyinmək qadağan edilib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, Firuzabad Rayon Nəzarət Komissiyasının sədri Səid Cokar məsələ ilə bağlı müəssisələrə, əyləncə-turizm mərkəzlərinə, restoranlara və bir çox müəssisələrə tapşırıqlar verib.

İranın dövlət orqanlarının 2023-cü il iyulun 2-də verdiyi göstəriş çərçivəsində xidmət sektorunda işçilərin milli geyimindən istifadə edilməsi qadağan edilib.

Dövlət məmurlarının göndərdiyi təlimat sənədində bu milli geyimlərin “qədimdən” olması bəhanəsi ilə “İranın şöhrətinə xələl gətirdiyi” iddia edilib. Qeyd olunub ki, bu qaydaya əməl etməyən iş yerləri dövlət tərəfindən möhürlənəcək.

Qaşqay türkləri İranda Güney Azərbaycan türklərindən sonra ikinci ən sıx türk toplumudur. Qaşqay türkləri; Şiraz, Firuzabad, Fərəşbənd, Kazerun, Abade və Semirom şəhərlərində məskunlaşıblar. Firuzabad şəhərinin əhalisi tamamilə Qaşqay türklərindən ibarətdir.

Mission News Theme by Compete Themes.