Son yeniləmə: 6 İyul 2023 20:45
Araz Ataxan: Biz siyasi cəhətdən ortaya çıxmaqla fars-molla rejiminin arzusunu gözündə qoyduğumuzu bir daha bəyan edirik
BAYRAQDAR MEDİA – Güney Azərbaycan türklərinin azadlıq mübarizəsi yeni dönəmə qədəm qoyur. Bu arada Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) qurulub. Belə ki, partiya 2023-cü il iyulun 1-də Güney Azərbaycanın Babək Bəzz Qalasında öz var oluşunu bəyan edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Hollandiyada yaşayan partiyanın qurucularından biri Güney Azərbaycan Cümhuriyyət Partiyası quruldu məlumat verib.
O, “Artıq təşkilatlanma işlərimizi kifayyət qədər sağalm təməllər üzərində qurduğumuza əmin olduğumuz üçün bunu basın vasitəsi ilə tüm kamoyuna sunmağın vacib bilirik. Artıq hər kəs əmin olsun ki, Güney Azərbaycan türk millətinin başlatdığı milli hərəkat siyasi cəhətdən içdə təşkilatlanmış şəkildədir. Bu istiqamətdə məramnamə və nizamnaməmiz geniş kamoyuna təqdim olunacaqdır. Əziz Xalqımız əmin ola bilər ki, bu dəyişən dünya düzənində onun haqları uğrunda hər cür fədakarlığa hazır olan və onun özgür bir cümhuriyyət dəyərlərinə görtürəcək bir siyasi kursumuz mövcuddur” deyib.
A.Ataxan bildirib ki, partiyanın siyasi kursu məramnamədə geniş şəkildə əks olunub:
1. ACP siyasi meydana gələrkən onun qurucuları bütün xalqımızı Milli Hədəf ətrafında birləşərək, Azərbaycanın bütün sahələrdə yüksəlişini təmin etmək üçün aktiv siyasi fəaliyyətə cəlb etməyi qərara almışdır.
2. Partiyanın əsas məramı Azərbaycanın güneyində xalqımızın milli haqlara sahib olması ilə yanaşı öz milli cümhüriyyət dövlətini qurulması yolunda milli düşüncəyə söykənən sağlam qüvvələrin birliyi ilə bu qüvvələrin milli iradəsini bir məxrəc altında birləşdirmək və bu birləşmədən yaranan Milli Qüvvəni Bütöv Azərbaycan xalqına xidmət etməsi üçün milli dövlətin iqtidarına aparmağa çalışacaqdır.
3. Hər bir millətin taleyində elə taleyüklü məqamlar olur ki, həmin vaxt Milli Hədəf konkret ideya olur. ACP-yə görə yaxın gələcəyimiz üçün Milli Hədəfimiz Milli Dövlət və Bütöv Azərbaycan topraqlarının birləşməsidir.
Azərbaycan Cümhuriyyət Partiyasının (ACP-nin) da əsas vəzifəsi partiyamızın məramnaməsində qeyd etdiyimiz kimi millətimizin hər bir kəsimini Güney Azərbaycanın problemləri ilə bağlı ictimai-siyasi və milli məsəllərlə bağlı sürəclərdə aktiv yer almasına dəstək vermək və bu amac ətrafında olan milli qüvvələrimizi Bütöv Azərbaycan idealı ətrafında birləşməsinə dəstək verməsinə nail olmaqdır.
Bizim yaxın məramımız Güney Azərbaycanda Milli Dövlət və uzaq hədəfimiz Bütöv Azərbaycan birliyidir. Bunun üçün uca məramımızı duyuru şəkilində 1 iyul tarixində güneydə Azərbaycan türk millətinə çatdırdıq. Bu amacla da biz ACP-nin kamoyuna təqdimatını Güneydə Azərbaycan türk millətinin Bəzz qalasını ziyarət etdiyi gün təqdim etdik.
Düzdür, Bəzz qalası ziyarətindən qorxuya düşmüş Fars rejimi son illər azadlıq qalasının yollarını polis və əsgəri güclərlə qapatmış, xalqımıza öz azadlıq fikirlərini də məhdudlaşdırmağa çalışmışdır. Amma biz siyasi cəhətdən ortaya çıxmaqla rejimin arzusunu gözündə qoyduğumuzu bir daha bəyan edirik”.