Press "Enter" to skip to content

Burada ali təhsil almaq üçün bütün şərait yaradılıb – 1

Anadolu Universiteti

Son yeniləmə: 6 İyul 2023 10:42

Prof. Dr. Fuat Erdal: Anadolu Universiteti sadəcə Türkiyədə deyil, dünyada 7-dən 77-yə hər kəsə təhsil almaq imkanı verməyi məqsəd qoyan qlobal bir universitetdir

BAYRAQDAR MEDİA – “Biz hər zaman qardaş Azərbaycana xüsusi önəm veririk. Universitetimiz qardaş Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlıq üçün davamlı addımlar atır”.

Avropanın “Erasmus”u kimi türk dünyasının da “Orhun”u var

Bunu qardaş Türkiyənin Anadolu Univeristetinin rektoru Prof. Dr. Fuat Erdal dedi. Onun BAYRAQDAR MEDİA üçün özəl müsahibəsini təqdim edirik.

Anadolu Universitetinin ümumilkdə 23 min tələbəsi var

-Cənab rektor, Anadolu Universitetini bir-iki cümlə ilə tanıdın desələr, nələri qeyd edərdiniz?

-Anadolu Universiteti həyat boyu təhsili hədəf olaraq müəyyən etmiş bir ali təhsil ocağıdır.

Prof. Dr Fuat Erdal (sağda) və Nadir Azəri
Prof. Dr Fuat Erdal (sağda) və Nadir Azəri

Yəni, Anadolu Universiteti sadəcə Türkiyədə deyil, dünyada 7-dən 77-yə hər kəsə təhsil almaq imkanı verməyi məqsəd qoyan qlobal bir universitetdir.

-Anadolu Universiteti Türkiyənin və dünyanın sayılıb-seçilən təhsil ocaqlarından biridir. Belə bir təhsil müəssisəsinə rəhbərlik etmək çətin deyil?

-Anadolu Universitetinin ümumilkdə 23 min tələbəsi var. Burada ali təhsil almaq üçün bütün şərait yaradılıb. Gözəl potensiala və bazaya malikik. Gözəl kampusumuz var. Anadolu Universiteti Türkiyənin köklü universitetlərindən biridir.

Anadolu Universitetinin rektorluğu
Anadolu Universitetinin rektorluğu

Təbii ki, burada idarəçiliyi bir qədər də aktuallaşdıran universitetimizin 40 ildir ki, açıq öyrətim təhsili də verməsidir. Açıq öyrətim olduqca geniş sahəni əhatə edir. Bura Türkiyənin tamamında və dünyada 29 ölkədə, 40-a yaxın şəhərdə də açıq təhsilin verilməsini əlavə etməliyik. Bu baxımdan Anadolu Universitetini idarə etmək bir az daha çətindir. Amma təbii ki, bu, həm də qürurvericidir. Çünki dünyanın hər tərəfinə təhsil xidməti göstərmək, diplomlarımızın dünyanın hər yerində keçərli olması universitetimiz üçün böyük bir qürur qaynağıdır.

Hər universitetin özünəxas mədəniyyəti olur

-Mən Türkiyənin bir sıra üniversitetlərində olmuşam. Amma Anadolu Universitetini onlardan fərqləndirən bütün sahələrə bir qədər yaradıcı yanaşmadır. Bu yanaşmanın kökündə nə dayanır?

-Hər universitetin özünəxas mədəniyyəti olur. Bu mədəniyyət həm təlim-tədris, həm də araşdırma ilə əlaqəlidir. Anadolu Universitetinin belə bir fəqrli tərəfi var. Anadolu Universiteti təkcə təhsil və araşdırmada deyil, eyni zamanda incəsənət və idmanda da uzmanlaşan bir universitetdir.

Açıköğretim fakültəsi
Açıköğretim fakültəsi

Uzaqdan təhsillə yanaşı universitetin daha qlobal düşünməsi, həyat boyu təhsilin normal təhsil və araşdırmanın içində ayrılmaz bir parça kimi görməsindən qaynaqlanan fərqli bir mədəniyyəti vardır. Ona görə biz cəmiyyətlə daha çox iç-içə olan universitetik. Bu da həm həyat boyu təhsilin fəlsəfəsinin mənimsənilməsi, həm qlobal bir universitet, həm də sənət, mədəniyyət və idmanda da öndə gedən universitet olmasından qaynaqlanan fərqli bir mədəniyyətdir.

Biz o qatarla həm çox fərqli coğrafiyalara tələbə aparır, həm də çox fərqli coğrafiyalardan tələbə gətiririk

-Mən sizin universitetin baxçasında bir qatar gördüm. Onunla bağlı sizə belə sual vermək istərdim. Xəyali baxımdan desək, bu qatar “hara gedir” və tələbələri “hara aparır”?

-Öncə onu deyim ki, qatar Eskişehirin simvoludur. Çünki Eskişehir uzun illər boyu, sürət qatarı gəlməzdən öncə də Türkiyənin dəmiryolları şəbəkələrinin kəsişməsində, mərkəzində yerləşən bir şəhərdir. İstanbul-Ankara sürət qatarı xəttinin mərkəzində də yerləşən bir şəhərdir.

Universitetin həyətindəki qatar
Universitetin həyətindəki qatar

Eyni zamanda Eskişehir uzun illər öncədən lokomotiv istehsalında da öndə gələn yerlərdən biridir. Bu istehsal getdikcə artır və bizim universitetin də burada önəmli payı var. Yeni araşdırma, test mərkəzi də universitetimizin nəzdində qurulub. Bu da Eskişehiri təkcə Türkiyədə deyil, dünyada da dəmiryolu relsləri və lokomotiv istehsalında önəmli test araşdırma mərkəzi halına gətirəcək.

Anadolu Universiteti dünyanın fərqli coğrafiyalarından olan tələbələrin doğma məkanııdır
Anadolu Universiteti dünyanın fərqli coğrafiyalarından olan tələbələrin doğma məkanııdır

Universitetimizin baxçasındakı qatar və vaqonlar da həm Eskişehirin simvolu, həm də universitetimizin qlobal təhsil ocağı olmasının simvoludur. Dolayısı ilə biz o qatarla həm çox fərqli coğrafiyalara tələbə aparır, həm də çox fərqli coğrafiyalardan tələbə gətiririk.

Azərbaycan universitetləri dərin kökləri olan təhsil ocaqlarıdır

Davamı olacaq…

Mission News Theme by Compete Themes.