Press "Enter" to skip to content

Yörüklər yenə Denizlidə bir araya gələcək

Safiye Samyeli

Son yeniləmə: 6 İyul 2023 23:23

Safiye Samyeli: Denizli yörükləri 23-24 sentyabrda gözəl bir festivala ev sahibliyi edəcək

BAYRAQDAR MEDİA – “Biz hər il yörüklərlə bağlı ilboyu müxtəlif festivallar keçiririk. Lakin bu il dəhşətli zəlzələyə görə bütün yörük dərnəklərinin tədbirləroinə bir neçə aylıq fasilə verdik. Buna görə də bir sıra festivalları keçirmədik və bayramları qeyd etmədik. Lakin inşallah yaxın günlərdə bir toplantımız olacaq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında

Denizli Yörüklər Derneyi Kadın Kolları başqanı, “Buraxın qılzar oxusun” sosial layihəisnin koordinatoru Safiye Samyeli deyib.

O, qeyd edib ki, toplantıda bəzi qərarlar qəbul edilməsi gözlənilir: “Bu qərarlara əsasən 23-24 sentyabrda gözəl bir festivala ev sahibliyi ilə əlaqədar müvafiq addımlar atılacaq. Türkiyə Cümhuryyətinin 100-cü ildönümünə həsr edəcəyimiz “100-cü il” adlı böyük bir yörük toyu (yörük bayramı) reallaşdıracayıq. Buna görə bizə hər zaman olduğu kimi bu dəfə də dəstək olan Denizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolana təşəkkür edirəm. Çünki onun qərarı ilə bu tədbir üçün Adalet parkı ayrılıb. Türkiyəni hər yerindən və ölkə xaricindən qonaqlr, yörüklər gələcək. İki gün ərzində möhtşəm tədbir keçirəcəyik”.

Mission News Theme by Compete Themes.