BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib.
Bakıda daha bir beynəlxalq tədbir. Prezidentin çıxışı – VİDEO
Prezident İlham Əliyevin də çıxış etdiyi tədbirdə iştirak üçün üzv-dövlətlərin, eləcə də Azərbaycana yaxın ölkələrin rəsmiləri Bakıya gəlib.
Prezidentin Mətbuat xidməti xəbər verir ki, iyulun 5-də İ.Əliyev qardaş Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovu qəbul edib.
Qəbul əsnasında tərəflər iki ölkə arasındakı münasibətlərlə bağlı fikir mübadiləsi aparıb, bir-birinə xoş sözlər deyiblər.
O da bildirilir ki, İ.Əliyev qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanı da qəbul edib. Müsbət ovqatda keçən qəbulda tərəflər iki ölkə arasında münasibətlər də daxil olmaqla mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıblar.