Press "Enter" to skip to content

Nəsimi rayonunda bu küçədə təmir var

Yol təmiri

Son yeniləmə: 5 İyul 2023 13:10

BAYRAQDAR MEDİA – Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində (Azadlıq prospektindən Fikrət Əmirov küçəsinə qədər olan hissədə) cari təmir işləri yekunlaşıb.

Bu barədə ahgentlikdən məlumat verilib.

Bildirilib ki, eni 10 metr təşkil edən küçənin təmir olunan hissəsinin uzunluğu 170 metrdir. Təmir işləri çərçivəsində frezlənmə işləri aparılıb, küçəyə yeni asfalt-beton örtüyü döşənib: “Küçə boyu kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetirilib. Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə istifadəyə verilib”.

Mission News Theme by Compete Themes.