Press "Enter" to skip to content

Kitab tanıtma: “Dinin təkamül prosesinin təhlili”

Dinin təkamül prosesinin təhlili

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı kitablar sırasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Həsənağa Məmmədlinin “Dinin təkamül prosesinin təhlili (ibtidai inanclar və islam)” monoqrafiyası da var.

Monoqrafiya AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının 16 aprel 2012-ci il tarixli (Protokol № 4) iclasının Qərarı ilə təsdiq və qəbul edilib.

Nəşrdə “Müasir dinşünaslığın metodoloji problemləri”, “Dinin təkamlünün öyrənilməsinə sistemli yanaşmanın bəzi aspektləri”, “Dini sinkretizmin tədqiqinin metodoloji aspektləri”, “İlkin dini inancların inkişafı”, “Sinfi cəmiyyətlərdə dinin inkişafı”, “İslam sinkretizminin spesifikliyi” kimi başlıqlarda yazılar verilib.

Kitabda qeyd olunur: “Dinin təkamülünü nəzərdən keçirməklə belə bir məntiqi nəticəyə gəlmək olar: tamamilə aydın olur ki, dəyişməz və “əbədi” din yoxdur. İstənilən dini sistemin məzmunu və forması dəyişir, onun əsas elementləri transformasiyaya uğrayır, inanclar və kultlar müasirləşir, dindarların emosional-sensual sferası fərqli istiqamət alır”.

Qeyd edək ki, kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru Lalə Mövsümova, rəyçiləri isə fəlsəfə elmləri doktoru, Prof. Əsədulla Qurbanov və fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənovadır.

Kitab Bakıda “Füyuzat” nəşriyyatında 2023-cü ildə nəşr olunub.

Mission News Theme by Compete Themes.