BAYRAQDAR MEDİA – Oktyabrın 15-də Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçi Mario Bakunanın konserti olacaq.
Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “auditorium zalında keçiriləcək konsert “Braziliya mənzərələri” adlanır. Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir”.