Press "Enter" to skip to content

Bakıda daha bir beynəlxalq tədbir. Prezidentin çıxışı – VİDEO

Prezident sözügedən tədbirdə

BAYRAQDAR MEDİA – İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib.

Bu haqda xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, xarici işlər naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq tədbiri açıq elan edib.

“Əvvəlcə Qoşulmama Hərəkatına üzv ölkələrin 2019-cu ildən bu günədək həyatını itirən rəhbərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Nazir Ceyhun Bayramov dedi ki, Kampala Sammitinə hazırlıq çərçivəsində nazirlərin bu görüşü 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısından sonra əldə edilən nailiyyətləri nəzərdən keçirməyə imkan yaradacaq. Həmçinin müxtəlif çağırışlara birgə yanaşmamızı və baxışımızı ifadə etmək imkanımız olacaq”, – deyə xəbərdə bildirilir.

C.Bayramovun açılış nitqinin ardından Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev geniş çıxış edib.

Mission News Theme by Compete Themes.