Son yeniləmə: 5 İyul 2023 13:47
BAYRAQDAR MEDİA – Çin hökuməti tərəfindən 5 iyul 2009-cu ildə Doğu Türküstanın Ürümçi bölgəsində həyata keçirilən qanlı qırğının 14-cü ildönümü çərçivəsində Ankarada mətbuat konfransı keçirilib.
Kırım Haber Ajansının məlumatına görə, Beynəlxalq Doğu Türküstan QHT-ləri Birliyi “5 İyul Ürümçi Soyqırımının Uyğur Türklərinə Təsiri” adlı mətbuat konfransı keçirib. Mətbuat konfransına birliyin Ankara təmsilçisi Əbdülhəmid Pamir moderatorluq edib: “Görüş İstiqlal Marşı və Şərqi Türküstan milli marşının oxunması ilə başlayıb”.
Bir çox zialnın qatıldığı konfransda qətliam və Çinin Doöu Türküstanda davam edən zülmündən bəhs edilib.