Press "Enter" to skip to content

TBMM-in sədr müavini: Can Azərbaycana qardaş Türkiyədən salam göndərirəm

Gülizar Biçer Karaca (sağda) və Nadir Azəri

Son yeniləmə: 4 İyul 2023 09:14

BAYRAQDAR MEDİA – “Mən uzun illərdir bu tədbirə qatılıram. Bu birliyin, həməryliyin çox gözəl bir nümunəsidir”.

Bunu Türkiyənin Denizli şəhərinin Fatih məhəlləsində ənənəviu keçirilən “Çörek derme” adlə xeyriyyə tədbirində iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədr müavini Gülizar Biçer Karaca deyib.

Parlamentin CHPdən olan sədr müavini Gülizar Biçer Karaca Denizlidən millət vəkili seçilib.

BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında o, qeyd edib ki, əslində toplumlar ənənələri, keçmişləri və mədəniyyətlərini qoruyaraq ayaqda qala bilirlər: “Bu da dediyimiz istiqamətdə bizim toplumun atdığı mühüm addımdır. Burada heç kimin heç nədən aslı olmayaraq müstəqil addım atması önəmlidir. Dərnəyin təşəbbüsü ilə böyük bir həmrəylik nümayiş etdirilir. Burada olmaq hamımız çox xoşdur”.

Sədr müavini həmçinin, “Azərbaycan bizim üçün qardaş ölkədir. Mən Azərbaycana, can Azərbaycana qardaş Türkiyədən salam göndərirəm. Var olsun qardaşlığımız” deyib.

Mission News Theme by Compete Themes.