BAYRAQDAR MEDİA – Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli 2023-cü il 14 iyul tarixində saat 10:00-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində (Zərifə Əliyeva küçəsi, 99) əsasən Lənkəran, Astara və Lerikdən olan vətəndaşların qəbulunu keçirəcək.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə qeyd olunur ki, “vətəndaşlar 10 iyul 2023-cü il tarixinə qədər Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və Whatsapp xidmətinə (077) 714 7147 müraciət etməklə qəbula yazıla bilərlər”.