Son yeniləmə: 4 İyul 2023 10:46
BAYRAQDAR MEDİA – “Azərbaycan bizim qardaşımızdır. Azərbaycanı biz özümüzdən ayırmırıq. Biz Turan sevdalısıyıq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyınin Denizli şəhərində fəaliyyət göstərən Fatih Mahallesi Eğitim Kültür Yardımlaşma və Dayanışma Dərnəyinin yaradıcılarından biri Kürşat Gençoğlu deyib.
O, qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığının öndərliyində Böyük Turan qurulacaq: “Bundan kimsənin şübhəsi olmasın. Dünyada hər zaman türkün ədaləti nizam gətirib. İnşallah yeni dünyada da türkün ədaləti öz sözünü deyəcək. Türk dünyası vahid bir coğrafiyada, Böyük Turanda daha təhlükəsiz və sabit dünya üçün öz sözünü deyəcək, öz imzasını atacaq”.