Press "Enter" to skip to content

İyunda 20 mindən çox müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 4 İyul 2023 15:07

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) iyun ayı ərzində 20 min 543 müraciət daxil olub.

BŞTİ-dən iyulun 4-də verilən məlumata görə, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub: “Statistikaya əsasən, Çağrı Mərkəzində (146-1 nömrəli) 13 min 435 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə 4 591 müraciət daxil olub. BŞTİ-yə 1 778 sənəd (vətəndaşlar tərəfindən 465 ərizə, Elm və Təhsil Nazirliyindən 504, digər qurumlardan 198, təhsil müəssisələrindən 366 məktub və 245 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 739 elektron müraciətə baxılıb”.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, I sinfə və məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagirdlərin elektron yerdəyişməsi, işə qəbul və digər məsələləri əhatə edir.

Mission News Theme by Compete Themes.