Son yeniləmə: 4 İyul 2023 14:16
BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbiri Cəlilabad rayonunda keçirilib.
Bu barədə KOBİA-dan məlumat verilib.
Bildirilib ki, fermerlərin müasir suvarma sistemləri qurğularının əldə edilməsi istiqamətində qarşılaşdıqları çətinliklərin öyrənilməsinə həsr olunmuş görüşdə Cəlilabad Rayon İcra Hakimiyyəti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Standartlaşdırma İnstitutu, “Aqrar Tədarük və Təchizat” ASC, “Aqroservis” ASC, bir sıra sığorta və lizinq şirkətlərinin nümayəndələri və 30-ə yaxın sahibkarlıq subyekti iştirak ediblər.
Tədbirdə fermerlərə müasir suvarma qurğuları, onların əldə edilməsi, eləcə də soyuducu kameralarının qurulması, məhsulun sığortalanması ilə bağlı məlumat verilib, sahibkarların çətinlikləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.