Press "Enter" to skip to content

Aİİ tələbələri yay məktəbinə yollanıb

Yay məktəbi

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) imtahanlarda yüksək nəticə göstərən tələbələri “Biliklərarası inteqrasiya” mövzusunda yay məktəbinə yollanıblar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyulun 3-də sözügedən İnstitutdan daxil olub.

Xəbərdə qeyd olunur ki, “Qəbələ rayonunda keçirilən yay məktəbi Aİİ və İdrak İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Yay məktəbinin ilk günündə açılış nitqi ilə çıxış edən Aİİ rektoru, Dos. Aqil Şirinov tələbələrə uğurlar arzulayıb. İnstitut tərəfindən təşkil edilən yay və qış məktəblərinin əhəmiyyətini vurğulayan rektor qeyd edib ki, gənclər mütəmadi təşkil edilən kurslarda, yay məktəblərində fəal iştirak etməli, bilik və bacarıqlarını artırmalıdırlar”.

Müxtəlif mövzularda məruzələrin keçiriləcəyi yay məktəbində ilk məruzəni Məqasid İnstitutu (ABŞ) icraçı direktorunun müavini, Biliklərarası İnteqrasiya İnstitutunun (Gürcüstan) metodologiya problemləri, İslam epistemologiyası, İslam iqtisadiyyatı və maliyyəsi məsələləri üzrə eksperti dr. İldus Rafikof təqdim edib. “Biliklərarası inteqrasiya: ideya və praktika” mövzusunda çıxış edən məruzəçi sekulyarizasiya, parçalanma, əməyin bölünməsi, texnoloji inqilab, dini elmlərin müasir dövrün çağırışları kontekstində yenidən dəyərləndirilməsi kimi aktual məsələlər haqqında ətraflı danışıb.

Məruzəçi – Frayburq Universiteti Frayburq Qabaqcıl Tədqiqatlar İnstitutunun (Almaniya) böyük elmi işçisi, Biliklərarası İnteqrasiya İnstitutunun (Gürcüstan) akademik məsələlər üzrə direktoru dr. Elmira Axmetova “İslam sivilizasiyasının başlıca prinsipləri” və “İntellektual müsəlman fikrinin tarixi sosial kontekstdə öyrənilməsinin əhəmiyyəti” mövzularında çıxış edib.

Mission News Theme by Compete Themes.