Son yeniləmə: 3 İyul 2023 08:29
BAYRAQDAR MEDİA – KKTC-nin Cümhuriyyət Məclisinin sədri Zorlu Töre KKTC-yə liman səfəri edən Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının döyüş gəmilərindən biri olan TCG Bandırma (F-502) korvet gəmisini ziyarət edib.
Gündem Kibris bu məumatı parlamentə istinadən yayıb.
Bildirlib ki, Təhlükəsizlik Qüvvələri Komandanı general-mayor Zorlu Topaloğlunun yer aldığı ziyarətdə Zorlu Törəni Gazimağusa Dəniz Qüvvələri komandanı, baş polkovnik Meriç Katipoğlu, gəmi komandiri, dəniz piyada mayoru Adnan Volkan Şan qarşılayıb.
Səfərdən sonra açıqlama Z.Töre, Ulu Öndər Mustafa Kamal Atatürkün Qurtuluş Savaşını başlamaq üçün Samsuna getdiyi Bandırma Gəmisinin adının bu gəmiyə Türkiyə Silahlı Qüvvələri tərəfindən verildiyini bildirib.
Ana vətən Türkiyənin KKTC-yə hər zaman xüsusi əhəmiyyət verdiyinə diqqət çəkən Z.Töre, xüsusi günlərdə KKTC limanlarında döyüş gəmilərini görməkdən qürur duyduqlarını qeyd edib.