Press "Enter" to skip to content

Qırğızıstan özünün “ağıllı” şəhərini qurmağı planlaşdırır

Son yeniləmə: 3 İyul 2023 00:44

BAYRAQDAR MEDİA – Qırğızıstan da özünün “ağıllı” və ekoloji cəhətdən təmiz şəhərini qurmağı planlaşdırır. Bunun üçün ölkənin əsas turizm mərkəzi olan İssık-Kul vilayətində məşhur gölün sahilində “Asman” adlı yeni şəhərin təməli qoyulub.

Atavatan Türkmenistan xəbər verir ki, bu şəhərin təməlqoyma mərasimində Qırğızıstanın Prezidenti Sadır Caparov, Türkiyə, Hindistan, BƏƏ və Qətərdən olan investorlar iştirak ediblər.

Məlumata əsasən, tədbirdə investorlar öz layihələrini təqdim ediblər: “Asman şəhəri 4 zonaya bölünəcək və smart, kommersiya, idman və əyləncə seqmentlərindən ibarət olacaq. 7-10 il ərzində 500-700 min nəfərlik bu şəhərin salınması planlaşdırılır. Şəhərin Səudiyyə Ərəbistanında Neom, Əmirliklərdə Masdar City, İsveçdə West Drive və Çində Sun Valley kimi böyük şəhərsalma layihələrinə bənzəyəcəyi gözlənilir”.

Tədbirdə çıxış edən S.Caparov bildirib ki, bu layihə müstəqil Qırğızıstanın turizm və investisiya imkanlarının inkişafına yönəlib.

Mission News Theme by Compete Themes.