Son yeniləmə: 3 İyul 2023 12:52
BAYRAQDAR MEDİA – “Dərnəyimiz 2020-ci ildə qurulub. İlk öncə uşaqlara tədris üçün dəstək vermək istiqamətində addım atdıq. Həmçinin, adət və ənənələrimizi uşaqlarımıza aşılamağa başladıq. Dərnəyimiz ərazi olaraq Denizli Pamukkale bələdiyyəsinin Fatih məhəlləsini əhatə edir”.
Bunu Fatih Mahallesi Eğitim Kültür Yardımlaşma və Dayanışma Dərnəyinin başqanı Murat Naz BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib. Qeyd edək ki, bu dərnək artıq bir neçə ildir ki, Türkiyənin ənənəvi və tarixi min illiklərə söykənən “Çörek derme” adlı xeyriyyə tədbiri keçirir. Builki mərasimdə Denizlədə olduğumuzu bildikləri üçün BAYRAQDAR MEDİA olaraq bizi də tədbirə dəvət edən M.Nazın dəvətini məmnuniyyətlə qəbul etdik.
Dərnək başqanı deyib ki, keçirdikləri tədbirlər bir çox məhəllərələri əhatə edir: “Onu da deyim ki, Denizlidə məhəlli xarakterli yeganə dərnəyik. Bizə bu işdə könüllü olaraq dəstək verən qurum və şəxslərə minnətdarlıq edirik. Xüsusilə bələdiyyəmizə təşəkkür edirik. Bura iş adamları, sadə insanlar da dəstək verirlər. Hələ gücü çatandan edərək, uşaqları sevindirirlər”.
Qeyd edək ki, Dərnəyin xeyriyyə tədbiri barədə geniş yazını yaxın günlərdə oxuculara təqdim edəcəyik.