BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Marağa və Sulduz şəhərlərində yaşayan azərbaycanlı fəallar Muxtar İbrahimi və Səyidmusa Ziyaqreqari həbs və pul cəzasına məhkum edilib.
Güney AzFront-un yaydığı xəbərə görə, Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi Muxtar İbrahimini 1 il həbs, Səyidmusa Ziyaqreqarini isə 6 milyon tümən ödəmək cəzasına məhkum edib.
Qeyd edilir ki, 2019-cu ildə M.İbrahimi “rejimə qarşı fraksiya və qrup yaratmaq, ona qarşı qruplara üzv olmaq”, S.Ziyaqreqari isə “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə həbs olunub.